Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb
11:59 01 Aprel 2022
Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Femida.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin ərinin qardaşı, 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxunub: 701
Oxşar xəbərlər
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb
- Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda qətl törədən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda narkokuryerlər 19 kq narkotiklə saxlanılıb