Tbilisidə banka basqın olub


20:22     01 Aprel 2022 22_04_01_1648828959.jpg

Tbilisinin Samqori rayonunda “Gürcüstan Bankı”nın filialına basqın olub.

Femida.az xəbər verir ki, maskalı şəxsin silahlı olduğu bildirilir.

Basqınçı qaçmağa müvəffəq olub. Yayılan məlumatlara əsasən, o, müəyyən məbləğdə pul oğurlaya bilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əməliyyat-istintaq tədbirləri aparılır.

Açar sözlər:

Oxunub: 350