Qaradağda avtomobil yolu keçən kişini vurub


11:32     20 Aprel 2022 22_04_20_1650436368.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Babayev Seymur İbrahim oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 336