Çin şirkəti Rusiyaya PUA satışını dayandırıb


12:18     27 Aprel 2022 22_04_27_1651045997.jpg

Çinin pilotsuz uçuş aparatları, mikronəzarət və videomüşahidə avadanlıqları istehsal edən DJI şirkəti Rusiya və Ukrayna ilə bütün işgüzar əməliyyatları dayandırıb.

Femida.az xəbər verir ki, məlumatı RBK yayıb.

Şirkətdən bildirilib ki, müştərilərin, tərəfdaşların və digər tərəflərin maraqları nəzərə alınaraq işgüzar əlaqələr müvəqqəti dayandırılır.

Məlumata əsasən, bu ilin martın sonunda Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı DJI dronlarından istifadə etdiyinə dair məlumatlar yayılıb.

Açar sözlər:

Oxunub: 381