Çin Yerin məsafədən zondlanması üçün iki peyk buraxıb


13:20     16 İyul 2022 22_07_16_1657952467.jpg

Çin “SuperView Neo” peyk qrupunu doldurmaq məqsədilə Yeri məsafədən zondlama üçün iki peykini orbitə çıxarıb.

Femida.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

İyulun 16-da saat 06:57-də “Çançjen-2C” Taiyuan Kosmodromundan orbitə buraxılıb, “SuperView Neo-2-01” və “SuperView Neo-2-02” peyklərini nəzərdə tutulan orbitə uğurla çıxarıb", - xəbərdə deyilir.

Korporasiyanın məlumatına görə, buraxılış geodeziya və kartoqrafiya sahələrində texnologiyalar hazırlayan və tətbiq edən, eyni zamanda peyk məlumatları təqdim edən aparıcı “China Siwei Surveying and Mapping Technology” şirkətinin törəmə şirkəti olan Çin Kosmik Texnologiyalar Akademiyası (CASC) tərəfindən həyata keçirilib.

“SuperView Neo 1-03” və “SuperView Neo 1-04” peykləri Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb. Hər iki peyk Yerin uzaqdan zondlanması üçün istifadə olunur.

Açar sözlər:

Oxunub: 341