Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb


09:07     04 May 2022 22_05_04_1651637312.jpg

Ukraynanın Roven vilayətində Kiyev-Çop şosesində ağır yol qəzasının baş verdiyi yerdə 27 nəfərin meyiti tapılıb.

Femida.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

"Roven vilayətində mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun toqquşduğu dəhşətli qəzada müstəntiqlər 27 nəfərin meyitini aşkarlayıb. Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq daşıyan maşının sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır”, - Qeraşenko çərşənbə axşamı teleqram kanalında yazıb.

Açar sözlər:

Oxunub: 596