Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub


11:16     05 İyul 2022 22_07_05_1657005403.jpg

Ukraynanın Donetsk vilayətinin Svyatoqorsk rayonu ərazisində azərbaycanlı ailə raket zərbələri nəticəsində evləri ilə birlikdə yanaraq külə dönüb.

Femida.az-ın məlumatına görə, Ukrayna vətəndaşı olan Rzayev Eldar Hacı oğlunun evi Rusiya Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalıb.

Hadisə nəticəsində ev tamamilə yanıb, evdə olan azərbaycanlı həyat yoldaşı ilə birgə yanaraq həlak olub.

Açar sözlər:

Oxunub: 451