Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
12:14 23 May 2022
Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il mayın 12-də Ali Rada tərəfindən qəbul edilmiş “Ukraynanın bəzi qanunlarına fiziki şəxslərin aktivləri ilə bağlı sanksiyaların effektivliyinin artırılması ilə bağlı dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Qanun fiziki və ya hüquqi şəxslərə məxsus əmlakın, habelə onun birbaşa və ya dolayısı ilə sərəncamında olan əmlakın dövlətin xeyrinə tutulması yolu ilə yeni sanksiyalar növü müəyyən edir.
“İşğalçıların Ukraynaya təcavüzünü bu və ya digər şəkildə dəstəklədiyinə görə sanksiyaya məruz qalan şəxslərin aktivlərinin müəyyən edilməsi və müsadirə edilməsi proseduru Ukrayna büdcəsini düşmənlərin hesabına tez və effektiv şəkildə dolduracaq. Qanun bu prosesə cavabdeh olan orqanlar üçün aydın göstərişlər verir. Mən onun bütün iştirakçılarının məhsuldar qarşılıqlı fəaliyyətinə ümid edirəm”, - Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, 2021-ci il aprelin 21-də Ali Radanın deputatları bu qanunun lehinə səs verib, lakin dövlət başçısı öz təklifləri ilə ona yenidən baxılması üçün parlamentə qaytarıb. Dəyişikliklər edilmiş qanun qəbul olunduqdan sonra dövlət başçısı sənədi imzalayıb.
Oxunub: 520
Oxşar xəbərlər
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayı açıqlanıb
- Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub
- Ukraynada nə baş verir?
- Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb
- Ukraynada 14 yaşlı ağırlıqqaldıran həlak olub
- Ukraynada olan Rusiya hərbçilərinin sayı açıqlanıb