Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir


15:55     06 May 2022 22_05_06_1651845347.jpg

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.

Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Açar sözlər:

Oxunub: 384