Avtobus qəzası nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var


09:20     16 May 2022 22_05_16_1652678476.jpg

Perunun Ankaş departamentində avtobusun uçurumdan düşməsi nəticəsində azı 11 nəfər ölüb, daha 35 nəfər yaralanıb.

Bu barədə bazar günü ANDINA agentliyi məlumat yayıb.

Məlumata görə, avtobus ölkənin şimalındakı Taiyabamba şəhərindən paytaxt Limaya gedirmiş. Avtomobil təxminən 100 m hündürlükdən düşüb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Xəsarət alan sərnişinlər Siuas şəhər xəstəxanasına çatdırılıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Açar sözlər:

Oxunub: 333