Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib


20:55     21 May 2022 22_05_21_1653152123.jpg

Türkiyənin bir sıra vilayətlərində aprelin 15-dən etibarən həyata keçirilən “Eren Abluka” əməliyyatı çərçivəsində 12 PKK terrorçu zərərsizləşdirilib.

Femida.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə DİN məlumat yayıb.

DİN-in məlumatına görə, əməliyyatlar Diyarbəkir, Hakkari, Batman, Şirnak, Mardin, Tunceli, Muş, Bingöl, Ağrı, Elazığ və Hatay vilayətlərinin ayrı-ayrı bölgələrində həyata keçirilib.

Axtarış əməliyyatı zamanı terrorçuların 124 sığınacağı məhv edilib, 16 anbarı aşkar edilib.

DİN PKK silahlılarına qarşı əməliyyatların regionda terror təhlükəsi tamamilə aradan qaldırıldıqdan sonra başa çatacağını açıqlayıb.

Açar sözlər:

Oxunub: 3523