Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb


10:47     20 İyun 2022 22_06_20_1655706795.jpg

Türkiyənin Manisa əyalətinin Soma rayonunda özəl mədəndə qəza olub.

Bu barədə Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, işçiləri daşıyan monorels platformaya çırpılıb. Hadisə nəticəsində 10 şaxtaçı xəsarət alıb. Yaralılar özəl xəstəxanalardan birinə çatdırılıb, onların həyatı üçün təhlükə olmadığı bildirilir.

Hadisə ilə bağlı ilkin araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 2691