Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
19:22 23 May 2022
Lənkəran rayonunda 9 yaşlı uşaq ehtiyatsızlıqdan yük avtomobilinin altına yıxılıb, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Hadisə Bəliton kənd ərazi vahidliyinə daxil olan Horavenc kəndində qeydə alınıb.
Belə ki, Bəliton kənd sakini, 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil-131" markalı avtomobillə ot bağlamalarını gətirmək üçün qonşu Horavenc kəndinə gedib. Oğlu, 2013-cü il təvəllüdlü Nemət Quluzadəni də özü ilə götürüb. Əraziyə çatanda Nemət ağaclardan hörülmüş darvazanı açmaq üçün nəqliyyat vasitəsindən aşağı enib. Atası isə yük avtomobilini hərəkətə gətirib. Bu zaman bədbəxt hadisə baş verib və övladına xəsarət yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 2654
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib
- Lənkəranda iki həftədir axtarılan kişi ölü tapılıb