Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
18:52 27 May 2022
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Biz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlığın əldə olunmasına yönələn bütün səyləri, o cümlədən aprelin əvvəlində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş uğurlu görüşü dəstəkləyirik.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcək arzulayıram".
Oxunub: 242
Oxşar xəbərlər
- Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir
- Avstriya Prezidenti İlham Əliyevi təbrik edib
- Avstriya hökumətindən Qarabağ bəyanatı
- Avstriya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
- Avstriyada qar uçqunu: 3 turist ölüb, 4-ü itkin düşüb
- Avstriyada restoranda atışma olub, ölən və yaralanan var
- Avstriya səfiri Bakını tərk edir
- Avstriyada "Uçan xalça" sərgisinin açılışı olacaq
- Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var