Moldova Prezidenti İlham Əliyevə zəng edib
19:14 30 May 2022
Mayın 30-da Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Femida.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Maya Sandu Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, enerji, iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Oxunub: 253
Oxşar xəbərlər
- Moldovanın Destryanı bölgəsində partlayışlar olub
- Moldovanın xarici işlər naziri sabah Azərbaycana gəlir
- Moldova prezidentinin andiçmə tarixi açıqlanıb
- Moldovanın sabiq Baş Naziri İlham Əliyevə məktub ünvanlayıb
- Moldova Prezidentindən İlham Əliyevə təbrik məktubu
- Moldova prezidenti İlham Əliyevə təşəkkür etdi
- Moldova Dağlıq Qarabağda keçirilən "seçkiləri" tanımır
- Moldova vətəndaşı Şəkidə ölüb
- Moldovada parlament buraxıldı - Ölkə növbədənkənar seçkilərə gedir
- Moldova prezidenti qəzaya düşdü