Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, idarə rəisi saxlanılıb


17:20     04 İyun 2022 22_06_04_1654348874.jpg

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

"Report" xəbər verir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.

O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

A.Rəcəbovun saxlanılması barədə ilk xəbəri "Qafqazinfo.az" yayıb.

Açar sözlər:

Oxunub: 311