Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub


11:18     23 İyun 2022 22_06_23_1655968745.jpg

Külli miqdarda dələduzluqda təqsirləndirilən Ülkər Qədirovaya hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, 48 yaşlı Ülkər Qədirova 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ancaq vaxtından tez azadlığa buraxılıb. O, hətta məhkumluğu ola-ola 9 nəfərə qarşı dələduzluq edib. İki nəfərə paytaxtın Binəqədi rayonunda ev tikib satmaqla pul qazanmağı “məsləhət görüb”. Bu yolla onlardan 23 min və 6 min manat pul alıb. Onlardan birini Çevik Polis Alayına, digərini isə xarici şirkətdə fəhlə işinə “düzəltmək” adı ilə hərəsindən 9 min manat pul alıb.

Bütün bu cinayət əməllərinə görə, Ülkər Qədirova sadaladığımız zərərçəkmişlərdən ümumilikdə 107 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Açar sözlər:

Oxunub: 255