Hindistanda daşqın qurbanlarının sayı 151 nəfərə çatıb
09:21 30 İyun 2022
Hindistanın şimal-şərqindəki Assam ştatında daşqın və torpaq sürüşməsi qurbanlarının sayı son gün ərzində 12 nəfər artaraq, 151 nəfərə çatıb.
Femida.az-ın məlumatına görə, bu barədə “Times of India” qəzeti bildirib.
Aprel ayından davam edən leysan yağışlar çayların səviyyəsinin yenidən kəskin artmasına səbəb olduğu Assamda vəziyyət çərşənbə günü yenidən pisləşib. Yerli hakimiyyətin məlumatına görə, daşqın zonasında yaşayanların sayı 2,2 milyondan 3,1 milyon nəfərə yüksəlib. Təhlükəli ərazilərdən təxliyə edilənlər üçün təbii fəlakət zonasında yeni müvəqqəti düşərgələr yaradılır, orada yerləşdirilən insanların sayı hazırda 300 mini ötüb. Vəziyyət xüsusilə Silçar şəhərinin tamamilə su altında qaldığı Naqaon rayonunda gərgindir.
Assamın hökumət orqanlarının məlumatına görə, ştatda 2 254 kənd təbii fəlakətdən zərər çəkib, 200 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib və 538 müvəqqəti düşərgəyə yerləşdirilib. Sel azı 218 yola və 20 körpüyə ziyan vurub.
Daşqınlara güclü musson yağışları səbəb olub, bunun nəticəsində Brahmaputra çayı qolları ilə birlikdə sahillini basıb.
Oxunub: 238
Oxşar xəbərlər
- Hindistanda qəzaya uğrayan "Mi-17V5" helikopterinin "qara qutusu" tapılıb
- Hindistanda hərbçilər səhvən kəndlilərə atəş açıb, azı 14 nəfər həlak olub
- Hindistanda hərbi karvana hücum olub, polkovnik və ailəsi öldürülüb
- Hindistanda leysan yağışları insan tələfatına səbəb olub
- Hindistanda avtomobil dərəyə düşüb, ölənlər var
- Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- Hindistanda dünyanın ən təhlükəli viruslarından biri yayılır
- Hindistanda ildırım 49 nəfəri vuraraq öldürüb
- Hindistanda dünyanın ən təhlükəli viruslarından biri aşkarlandı
- Hindistanda yoluxanların sayı 22 296 414 nəfərə çatıb