Belçika iyulun 1-dən Rusiyaya vizaların verilməsini dayandıracaq
09:48 30 İyun 2022
İyulun 1-dən Belçikanın Rusiyadakı Konsulluğu qısamüddətli vizaların, o cümlədən turist vizalarının verilməsini dayandırır.
Femida.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Məlumata görə, yalnız avqustun 31-dək ölkəyə gəlməyi planlaşdıran abituriyentlərdən tələbə vizası və iş vizaları üçün müraciətlər qəbul ediləcək.
Ölkədə 90 gündən az müddətə qalmaq üçün qısamüddətli viza üçün müraciətlər isə qəbul olunmayacaq. Bu kateqoriyaya turist vizaları da daxildir.
Qeyd edək ki, Belçika mayın 23-də ölkəyə gələn turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edib.
Oxunub: 245
Oxşar xəbərlər
- Belçikada itkin düşən azərbaycanlının meyiti tapıldı - Su kanalında
- Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapılıb
- Belçika kralı Azərbaycan Prezidentinə məktub yazdı
- Belçikada daha 1,3 min nəfərdə koronavirus aşkarlandı
- Belçikada koronavirusdan ölənlərin sayı 1 000-i keçdi
- Belçika kralı atalıq testi vermədiyi üçün cəzalandırıldı
- Belçika qondarma “erməni soyqırımı”nı rədd edib
- Belçikada yüz minlərlə sakin küçələrə çıxdı
- Belçika ilk dəfə mundialda bürünc medal qazandı
- Belçikada zavodda partlayış olub