Norveç Ukraynaya 1 milyard avro ayıracaq


21:17     01 İyul 2022 22_07_01_1656695866.jpg

Norveç Ukraynaya 1 milyard avro yardım edəcək.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk", - Zelenski bildirib.

Stere əlavə edib ki, Norveç 2022-ci ilin sonuna qədər və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.

Açar sözlər:

Oxunub: 322