Erməni separatçılarının İrana səfəri ilə bağlı RƏSMİ AÇIQLAMA


14:05     21 Yanvar 2016 1I87K9eVK8gQ96.jpg

Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsilə Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşünə dair yayılan məlumatı araşdırıb.


Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, İranın Azərbaycandakı səfirliyindən XİN-ə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1045