Yavər Camalov səfirlə görüşdü


16:47     21 Yanvar 2016 208635f0a94b2364000e88c42edcec5f.JPG

Müdafiə sənayesi naziri Yavər Camalov Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb.


Femida.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Y. Camalov Azərbaycan və Çex Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1109