Bu nişanı olanlar “Oyunlar zolağı”na buraxılacaq - Diqqət


17:34     30 May 2015 96064.jpg


Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlarda icazəsi olan avtomobillər üçün nəzərdə tutulan xüsusi buraxılış vərəqəsinin (VVAP) görüntüləri məlum olub.


Femida.az xəbər verir ki, Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, üzərində xüsusi buraxılış olan avtomobillər Avropa Oyunları üçün nəzərdə tutulan zolaqlarda sərbəst hərəkət edə biləcək.

VVAP adlanan xüsusi buraxılış avtomobillərin üzərinə vurulacaq. Avtomobillər üçün nəzərdə tutulan xüsusi buraxılışın istifadəsi bir dəfə mümkündür, yəni buraxılış avtomobilin üzərinə yapışdırılırsa kimsə qopardıb digər avtomobilə yapışdıra bilməyəcək.

Xüsusi buraxılışı olan bütün avtomobillərin qeydiyyatı aparılır. Yəni üzərində VVAP olan avtomobillərin artıq markası, modeli, dövlət nömrə nişanı, rəngi qeydiyyatdan keçib. Avropa Oyunları üçün nəzərdə tutulan zolaqlarda hərəkət edən avtomobilə müşahidə kamerası ilə nəzarət edilir.

Saxta buraxılış isə Oyunlar zolağına daxil olan avtomobil yoxlanıldıqdan sonra məlum olacaq və həmin avtomobillərin sürücüləri dərhal cəzalanacaq.

Şəfa Mehmanqızının sözlərinə görə, xüsusi buraxılış Bakı 2015 I Avropa Oyunları ilə bağlı olan bütün qurumların səlahiyyətli şəxslərin avtomobillərinə, Avropa Oyunları Əməliyyat Komitəsində çalışan işçi qrupun nümayəndələrinə və Avropa Oyunlarının ailəsinə veriləcək.

Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlarda operativ nəqliyyat vasitələrinin xüsusi buraxılışsız da sərbəst hərəkət etməsinə icazə var.

Açar sözlər:

Oxunub: 591