İdmançımız erməniyə qalib gəldi


18:51     23 Yanvar 2016 1212.jpg

Ötən ilin noyabr ayında Latviyanın paytaxtı Riqa şəhərində Kantak döyüş növləri üzrə Olimpiada keçirilib.


Femida.az xəbər verir ki, yarışda Azərbaycan milli komandasının tərkibində Ağcabədidən olan karateçilər də mübarizə aparıblar. "Alpaqut" idman növü üzrə baş tutan yarışda iştirak edən Elsəvər Puri 70 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsində qərar tutub.

"20 döyüş sistemi vardı. Orda alpaqut da vardır. İlk döyüşüm alman idmançısına qarşı oldu və onu uddum. Final görüşündə də erməni idmançısını məğlub edərək birinci yerə layiq görüldüm", - idmançı Puri Elsəvər vurğulayıb. İdmançı bildirir ki, türk tayfalarının yaratdığı əlbəyaxa döyüş növü olan "Alpaqut" tədricən genişlənərək, yayılıb. Hətta türk tayfaların ordularında əsgərlərin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə bu döyüş növündən geniş istifadə edilib. Artıq bu döyüş növünün sirrləri respublikanın bir çox rayonlarında öyrədilir. Diqqət çəkən məqamlardan biri də budur ki, indi "Alpaqut"a maraq da böyükdür. "Bu idman növünə maraq çox gözəldir və müraciət edirlər. Günü-gündən klubumuzun üzvləri artır. Ağcabədi bölgəsindədə maraq çox gözəldir", - deyə Qarabağ regionu üzrə məşqçi Vüqar Əliyev bildirib.

Məşqçi Vüqar Əliyevin sözlərinə görə, artıq bu döyüş növü üzrə respublika səviyyəli turnirlər, beynəlxalq səviyyəli yarışlar keçirilir. "Alpaqut" Turan döyüş sənətinin, 2017-ci ildə keçiriləcək dünya kontak döyüşləri olimpiadasında da yer alması nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 790