Qəhrəman general anıldı (VİDEO)


02:19     25 Yanvar 2016 56875.jpg

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə anım mərasimi keçirilib.

ANS TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Həzi Aslanovun Şəhidlər Xiyabanında abidəsi önünə əklil və gül dəstələri qoyulub.

Onun adını və soyadını daşıyan nəvəsi də anım mərasimində iştirak edib.

Tədbirdə Həzi Aslanovun həyat və döyüş yolundan danışılıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyi də vurğulanıb.


Açar sözlər:

Oxunub: 1263