2 azyaşlı xilas edildi


18:02     02 Fevral 2016 azyasli%20xilas%20edildi.PNG

FHN əməkdaşları bağlı qapı arxasında qalmış iki azyaşlını xilas edib.


Femida.az nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və uşağları aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 12:39-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1052