Qonşusu güllələdi, polis dindirmədi


23:08     03 Fevral 2016 ov_tufengi_3.jpg

Abşeron rayonunun Saray qəsəbəsi sakini güllələnib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Qəsəbədə yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Onu qonşusu Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə atəş açılması müəyyən edilib. Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri aparılır.

Açar sözlər:

Oxunub: 1024