Qonşusunu şişləyən şəxsin məhkəməsi olub
14:12 11 Noyabr 2017
Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Səxavət Mehdiyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Femida.az APA-ya istinadən xəbər verir ki,hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda S.Mehdiyevin vəkili çıxış edərək apellyasiya şikayətindən imtina etdiklərini deyib. Buna görə, apellyasiya baxışına xitam verilib.
Qeyd edək ki, qətl hadisəsi bu il martın 6-da Xətai rayonu, Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib. Səxavət Mehdiyev qonşusu, Ağdam sakini, əvvəllər məhkum olunan 46 yaşlı Müşfiq Şükürovu şişlə qətlə yetirib, sonra könüllü Xətai RPİ 35-ci polis bölməsinə gedərək, təslim olub.
İstintaqla müəyyən edilib ki, yuxarı mərtəbədə yaşayan Müşfiq Şükürovun televizor və maqnitafona dəfələrlə yüksək səs verməsi qonşuların narazılığına səbəb olub. Səxavət Mehdiyev buna görə naqilləri kəsib. Onların arasında mübahisə yaranıb, M.Şükürovun söyüş söyməsindən hiddətlənən S.Mehdiyev şişlə qonşusunun bədəninə ağır xəsarət yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Mehdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Femida.az
Oxunub: 630
Oxşar xəbərlər
- Qonşusunu huşunu itirənə qədər döydü - Bərdədə
- Qonşusunun pullarını oğurlayan şəxs ələ keçdi - FOTO
- Qonşusunu güllələyən şəxs həbsdə ölüb
- Qonşusunu bıçaqladı
- Qonşusunu daşla vurana 3 il CƏZA
- Qonşusunu maşınla qəsdən vurdu
- Qonşusunu döydü
- Qonşusunu taxta ilə döydü
- Qonşusunu və milyonçu ərini öldürən “qara dul”un HƏYATI
- Qonşusunu öldürdü - Televizorun səsinə görə