Qonşusunu huşunu itirənə qədər döydü - Bərdədə


00:33     05 Yanvar 2018 1367572794_dava-dalas.jpg

Bərdə rayon sakini həmyerlisi tərəfindən döyülüb.


Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Zümürxan kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü İntizar Abdullah oğlu Abdullayev şəxsi münasibətlər zəminində qonşusu ilə mübahisə edib. Hələlik adı açıqlanmayan şəxs taxta parçası ilə İ.Abdullayevin baş nayihəsinə bir neçə zərbə vurub. Huşunu itirən yaralı ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1491