Müəllimi sillələyən direktor cəzalandırılacaq - Nazirlik


22:24     05 Fevral 2016 0000000000.JPG

Təhsil Nazirliyi Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllim və direktoru arasında baş vermiş insidentlə bağlı məlumat yayıb.


Nazirlikdən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbində qanunsuzluqlara yol verilməsi barədə həmin məktəbin bir qrup müəllimi adından nazirliyə daxil olmuş elektron müraciətlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Müəyyən edilib ki, həqiqətən də, məktəbə rəhbərlik və nəzarətin təşkilində ciddi qanunsuzluqlara yol verilib.

Belə ki, siniflərin komplektləşdirilməsində, buraxılan və əvəz olunan dərslərin uçotunun aparılmasında, təlim-tərbiyə prosesinin təşkilində, icbari təhsilin yerinə yetirilməsində qanunsuzluqlara yol verilib.

Araşdırmanın nəticəsi olaraq, məktəbin direktoru və onun müavinləri barəsində ciddi intizam tənbehinin görülməsi ilə əlaqədar müvafiq sənədlər hazırlanır.

Qeyd edək ki, bir müddət əvvəl Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin direktorunun müəllimi sillələməsi ilə bağlı video yayılmışdı.


Açar sözlər:

Oxunub: 1088