Ziya Məmmədov ABŞ səfiri ilə görüşdü
01:06 03 İyun 2015
Nəqliyyat naziri Ziya Məmmədov ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Ziya Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən iri miqyaslı tədbirlərdən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz siyasi sabitliyi qoruyub saxlamaqla paralel olaraq iqtisadi dirçəlişinə görə də artıq lider dövlətlərdən biridir. Aparılan islahatların iqtisadiyyatın bütün sahələrinin, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafına müsbət təsir göstərdiyini vurğulayan Z. Məmmədov nəqliyyat sektorunu əhatə edən bütün sahələr-dəmir yolu, dəniz, hava, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verib.
Robert Sekuta Azərbaycanda son illər istər nəqliyyat-yol kompleksində, istərsə də iqtisadiyyatın digər sahələrində əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən danışıb. O, Amerika-Azərbaycan iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.
Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr barədə məlumat verilib. Nəqliyyat sahəsində görülən işlərdə ABŞ-ın təcrübəsindən yararlanmaq üçün azərbaycanlı mütəxəssislərin Amerikaya göndərilməsi, həmçinin Amerika şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxunub: 626
Oxşar xəbərlər
- Ziya Məmmədovun bacısı işdən çıxarıldı
- Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - Nazirlik liseyində araşdırma aparır
- Ziyafət Əsgərov andiçmə mərasiminə gedib
- Ziyad Səmədzadə: Bankların fəaliyyətində ciddi nöqsanlar var
- Ziya Məmmədovun müşavirinə pul `atan` şəxs azadlıqda
- Ziya Məmmədovun müşaviri Çovdarova pul verirmiş
- Ziya Bünyadovun ölümündən 20 il keçdi
- Ziya Məmmədovun sabiq müşaviri - Məhkəmədə
- Ziya Məmmədova yeni səlahiyyət verildi
- Ziya Məmmədov vətəndaşlarla görüşüb