Bu vergi ödəyiciləri Azərbaycandan cıxa bilməz - SİYAHI


19:12     08 Aprel 2015 vergiler%20nazir7.jpg


Vergilər Nazirliyi dövlət büdcəsinə olan ver­gi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir.

Femida.az-ın məlumatına görə, nazirliyin rəsmi saytında bildirilib ki, belə tədbirlərdən biri də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Vergi Mə­cəl­ləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

2015-ci il aprelin 1-i tarixinə borclu vergi ödəyicilərinin ölkədən getmək hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyincə, bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

Siyahı ilə bu linkdən tanış ola bilərsiniz: http://vergiler.az/art-view/3732/


Femida.az 

Açar sözlər:

Oxunub: 750