Olland Rusiyadan tələb etdi


13:02     12 Fevral 2016 hollande_referendum.jpg

Olland Rusiyadan Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edib


Fransa prezidenti Fransua Olland Rusiya hakimiyyətini Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edib.

Femida.az APA-ya istinadən bildirir ki, Olland açıqlamasında bildirib ki, Suriyada hava zərbələri nəticəsində evlərini tərk etməyə məcbur olan minlərlə dinc sakin əziyyət çəkir.

"Biz Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə əmin olmalıyıq", deyə Olland qeyd edib.

Moskva iddia edir ki, Rusiya təyyarələrinin Suriyada endirdiyi hava zərbələri yaşayış rayonlarına qarşı yönəlməyib.

Açar sözlər:

Oxunub: 1484