Olland İlham Əliyevi təbrik etdi
17:27 24 Dekabr 2016
Fransa Respublikasının Prezidenti Fransua Olland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:
`Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək dərinləşən və inkişaf edən ikitərəfli əlaqələrimizin əhəmiyyətini vurğulamaqdan məmnunluğumu bildirirəm. Mən, həmçinin əldə etdiyimiz gözəl nailiyyətlərə görə sevinirəm. Sizin böyük dəstəyinizlə bu il sentyabrın 15-də Bakıda açılan Fransız–Azərbaycan Universiteti buna bir nümunədir.
Sonda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyimin olduğunu bir daha diqqətinizə çatdırıram.
Cənab Prezident, Sizə bəslədiyim çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm`.
Femida.az
Oxunub: 1376
Oxşar xəbərlər
- Olland səsverməyə getdi, hədiyyə ilə qayıtdı
- Ollanddan Sarkisyana fransızsayağı təklif - KARİKATURA
- Olland aprel döyüşlərindən danışdı - Sarkisyan Fransaya gedir
- Olland prezidentlikdən gedə bilər
- Ollanddan azərbaycanlı deputata: `Bir yerdə yaşaya bilərik`
- Olland terror olan şəhərə getdi
- Olland konstitusiya islahatından imtina etdi
- Olland Rusiyadan tələb etdi
- Olland “erməni soyqırımı”nı yenidən gündəmə gətirdi
- Ollandla Ərdoğan rus qırıcısından danışdı