Olland konstitusiya islahatından imtina etdi


21:03     30 Mart 2016 hollan.jpeg

Fransa Prezidenti Fransua Olland çərşənbə günü baş tutan nazirlərin toplantısında bildirib ki, konstitusiya dəyişiklikləri ilə bağlı təklif senat və parlament arasında fikir ayrılığına səbəb olub.


Femida.az xəbər verir ki, Olland Parisdəki terror hücumundan sonra irəli sürdüyü konstitusiya dəyişikliyi haqda layihəsindən imtina edib.

Qanun layihəsində ittiham edilmiş terroristlərin vətəndaşlıqdan çıxarılması nəzərdə tutulurdu. Bu cəza tədbirinin Fransa vətəndaşları üçün də tətbiq edilməsi nəzərdə tutulurdu. Konstitusiya islahatının 2-ci hissəsi vətəndaşlıqla bağlı olan hüquqları ləğv edən məsələləri də qaydaya salacaqdı.

Lakin layihə hər şeyə baxmayaraq güclü tənqidə məruz qalıb. İslahatlarla bağlı fikir ayrılığı zamanı Fransa Ədliyyə Naziri Christiane Taubira istehfa verib.

Bununla əlaqədar Olland islahat layihəsindən imtina edib.

Qeyd edək ki, Paris terror hücumundan 3 gün sonra Fransua Olland konstitusiya islahat layihəsini irəli sürüb.

Vüsal Abbaszadə

Femida.az

Açar sözlər:

Oxunub: 786