Polis ailəsini güllələdi, intihar etdi


13:13     12 Fevral 2016 32970.jpg

ABŞ-ın Nyu-York ştatında polis əməkdaşı həyat yoldaşını və oğlunu qətlə yetirib. Bundan sonra o, evə od vuraraq, intihar edib.


Koloni şəhərində yaşayan İzrael Roman adlı polis əməkdaşının evində faciə fevralın 11-nə keçən gecə baş verib. Ailənin böyük oğlu basketbol yarışında olduğundan sağ qalıb.

Məlumata görə, Roman 12 il polis orqanlarında xidmət edib. İnsidentin səbəbləri barədə hələlik məlumat verilmir.

Açar sözlər:

Oxunub: 1180