Dövlət Agentliyinin strukturu təsdiqləndi


19:39     16 Fevral 2016 14459579385547254609_554x360.jpg

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.


Femida.az-ın xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə imzalanan fərmanda qeyd olunub ki, Nazirlər Kabineti prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin say həddi bir ay müddətində müəyyən olunmalıdır.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1346