Hələ belə oğru olmamışdı: 40 mini ev sahibinə saxladı


14:42     18 Fevral 2016 ogru%20ev.jpg

Bakıda mənzildən böyük məbləğdə pul oğurlanıb.


Femida.az xəbə verir ki, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, Rəşid Behbudov küçəsi ev 142-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Bəhman Niyazi oğlu Səmədovun evində olan 190 min ABŞ dollarının 150 min dolları naməlum şəraitdə oğurlanıb. Oğru (və ya oğrular) mənzildəki 40 min dolları saxlayaraq gedib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1448