Hələb atəşə tutuldu - 15 ölü, 150-dən artıq yaralı


13:46     29 Oktyabr 2016 heleb.jpg

Suriyada silahlılar Hələbin yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər. Femida.az RİA Novosti-yə istinadən məlumat verir ki, sutka ərzində Hələbdə 15 dinc sakin həlak olub, 150-dən artıq sakin yaralanıb.


Hərbçilərin verdiyi məlumata göerə, təkcə son sutka ərzində şəhərə 100 mərmi atılıb.

Silahlılar əsasən qaz balonları, kustar üsulla hazırlanmış partlayıcılar, minalardan istifadə edirlər. Döyüşçülərin əsas hədəfi məktəblər və xəstəxanalardır.

Xəsətxanaya yerləşdirilən suriyalı qadın deyir ki, 15 və 20 yaşlarında qızı və oğlu həlak olub: "Mina partlayan zaman onlar qorxudan bir-birinə sığındılar, elə bir yerdə də tikə-parça oldular".

Femida.az

Açar sözlər:

Oxunub: 692