Qadının əl-qolunu bağlayıb, pullarını apardılar


18:20     18 Fevral 2016 5c4de9a7-01af-4542-8968-94bbb4749dcd80.jpg

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.


Hadisə rayonun C.Naxçıvanski küçəsi, ev 80, mənzil 87 ünvanında qeydə alınıb.

1969-cu il təvəllüdlü İlhamə İsmayıl qızı Nizami evinə daxil olan zaman naməlum şəxs bıçaqla onu hədələyib. Onlar birgə evə daxil olublar.

Naməlum şəxs qadının əl-qolunu yapışqan lentlə bağlayıb və 18 min manatını və qızıllarını götürərək hadisə yerindən qaçıb.

İlhamə Nazim hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə ərizə ilə müraciət edib. Hazırda cinayəti törədən şəxsin tutulması üçün tədbirlər görülür.

Femida.az

Açar sözlər:

Oxunub: 1173