Prezidentin İran səfərinin vaxtı bəlli oldu


14:14     22 Fevral 2016 ilham%20eliyev%20sefer.jpg

Azərbaycan prezidenti İlham Əliyevin Irana səfərinin tarixi açıqlanıb.


İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündən sonra səfərin fevralın 23-da baş tutacağını deyib.

Onun sözlərinə görə, prezidentin başçılığı ilə nümayəndə heyətinin Tehran səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan artıq sənəd imzalanacaq./APA/

Açar sözlər:

Oxunub: 747