Rusiyada mədən çökdü: 105 nəfər uçqun altında qaldı


01:35     26 Fevral 2016 1407836591.jpg

Rusiyanın Vorkuta şəhərində yerləşən mədəndə uçqun baş verib.

Femida.az -ın TASS.ru-a istinadən məlumatına görə, Vorkutada yerləşən “Şimal” şaxtasında mədən partlayışı nəticəsində uçqun olub.
Mədəndə çalışan 105 nəfərdən təxminən 60 nəfər çıxarılıb. Hazırki məlumata görə, mədəndə qalanlardan 8 nəfərlə əlaqə yaradılıb və onların xilası üçün tədbirlər görülür. Şaxtada işlər dayandırılıb. Xəsarət alanlar haqda məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 1115