Rusiyada faciə - 5 uşaq yanıb öldü
14:55 03 Dekabr 2017
Bu gün səhər saat 07.15 radələrində Rusiyada 3 mənzilli yaşayış evində yanğın olub, 5 uşaq ölüb.
Femida.az -ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Novosibirsk vilayətinin İskitimsk rayonunun Stepnoy qəsəbəsində 3 mənzilli yaşayış evində yanğın baş verib.
Mənzillərdən birinin sahibi yanıq qoxusunu hiss edib, küçəyə çıxıb. Ancaq bu zaman qonşuluqdakı mənzili alovun bürüdüyünü görüb, yanğınsöndürənlərə zəng açıb, yatmış qonşularını oyatmağa çalışıb. Yanan mənzilin sahibi xilas olsa da, mənzildə qalan 5 uşaq ölüb. Bir müddət öncə anaları vəfat edən uşaqlar ataları ilə yaşayırlarmış.
Oxunub: 993
Oxşar xəbərlər
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiyada dəhşətli terrorun qarşısı alınıb
- Rusiyada tatar dili dövlət dili ola bilər
- Rusiyada terrorun qarşısı alındı
- Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti Bakıya gətirildi
- Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır
- Rusiyada azərbaycanlı tələbə vəhşicəsinə döyülüb