Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır
22:03 24 Noyabr 2017
Rusiya azərbaycanlıları yeni diaspor təşkilatı yaratmaq istəyir.
Femida.az xəbər verir ki, Rusiyanın 62 regionundan olan Azərbaycan icmalarının rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidentinə bununla bağlı məktub ünvanlayıblar.
ÜAK-ın rəsmi saytında dərc olunan məktubda onlar akademik Fazil Qurbanovu yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif ediblər.
Müraciətdə deyilir ki, Rusiyada azərbaycanlıların müxtəlif diaspor təşkilatlarının sayının çox olmasına baxmayaraq, ÜAK-ın ləğvi bu sahədə böyük boşluq yaradıb.
"Ümummilli lider Heydər Əliyevin və Vladimir Putinin razılığı ilə yaradılmış təşkilat, təəssüf ki, Rusiyada göstərdiyi fəallığını itirdi. Bir çox səhvlərə yol verildi və Rusiyanın demokratik prinsiplər ölkəsinə çevrildiyi bir vaxtda belə səhvlər onun sonunu gətirdi", - müraciətdə deyilir.
Müraciəti imzalayanlar Fazil Qurbanovun ictimai fəaliyyətini qeyd edərək onu yeni təşkilata rəhbərlik etməyə və soydaşlarını birləşdirməyə çağırıblar.
Femida.az
Oxunub: 963
Oxşar xəbərlər
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiyada dəhşətli terrorun qarşısı alınıb
- Rusiyada tatar dili dövlət dili ola bilər
- Rusiyada terrorun qarşısı alındı
- Rusiyada faciə - 5 uşaq yanıb öldü
- Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti Bakıya gətirildi
- Rusiyada azərbaycanlı tələbə vəhşicəsinə döyülüb