Liftdə köməksiz qalan şəxs xilas olundu


20:12     26 Fevral 2016 www_lift-press%20ru179.jpg

Bakıda 1 nəfər liftdə qalıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaradıblar. Əməliyyat saat 13:08-də başa çatıb.

Açar sözlər:

Oxunub: 1065