Liftdə köməksiz qalanlar xilas edildi


14:01     28 Fevral 2016 www_lift-press%20ru12.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri Suraxanı rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Femida.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıb.

Əməliyyat saat 00:23-də başa çatıb.

Açar sözlər:

Oxunub: 1116