Döyülən qaynana:”Gəlinim quduzlaşıb”


18:47     05 İyun 2015 11272046_822170731193396_1560264493_n9.jpg

Hazırda gəlin xəstəxanada müalicə alır.

Femida.az Şirvan şəhər sakini, Mustafayeva Nazilənin gəlini tərəfindən döyülməsi və zədə alması barədə məlumat verib.
Həmçinin qarşı tərəf də qaynanası tərəfindən döyülməsini və xəsarət aldığını iddia edib.

Femida.az
bu gün baş vermiş hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Mustafayeva Nazilənin saytımıza verdiyi məlumata görə evi yaşamağa yararlı olmadığı üçün qonşularda qalır. İcra hakimiyyətinin nümayəndəsi uçurdulmuş evə baxış keçirsə də hələ bir nəticə olmayıb.

Həmçinin qaynana gəlini ilə olan münasibətə də aydınlıq gətirib: ” Məsələ mətbuata çıxandan sonra bura gəlmirlər. O, mənim üzərimə hücum edəndə həyətdəki it onu dizindən dişləyib. Hazırda xəstəxanada yatır. Eşitdiyimə görə, quduz xəstəliyinə tutulub. Qanına zəhərlənmə keçib”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1236