Döyülən polkovniklə bağlı DYP-dən AÇIQLAMA


19:36     03 Mart 2016 esedov.jpg

“Ciddi şəkildə araşdırma aparılır”.


Bu sözləri Femida.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, baş vermiş hadisəyə hüquqi qiymət veriləcək:

“Əgər belə bir fakt varsa, portallarda belə məlumatlar dolaşırsa, deməli, bu iş mütləq araşdırılacaq. Yəqin ki, Suraxanı rayon polis idarəsində hazırda ciddi şəkildə araşdırma aparılır. Əminəm ki, məsələyə hüquqi qiymət veriləcək. Nəzərinizə çatdırıram ki, vətəndaşla polis arasındakı münasibətlərə rəhbərliyimiz tərəfindən çox ciddi yanaşılır”.

Qeyd edək ki, mətbuatda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Suraxanı rayon bölməsinin əməkdaşlarının Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq etdikləri barədə məlumatlar yayılıb.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 5007