İki bacı onlara söz atan kişini kəmərlə döydü


13:16     02 Mart 2016 hin.jpg

Hindistanın Roxtaq şəhərində iki bacı aqressiv bir kişinin hücumundan kəmər yardımı ilə qurtulub. İnsident avtobusda, bacılar kollec binasından çıxanda baş verib.


Onlar qızları təhqir edir, toxunur və heç də xoş olmayan şərhlər verirdilər. Bacılar avtobusa minəndə kişilər də onların dalınca düşüb. Onlar qızlara içində telefon nömrələri olan kağız tullayıblar. Bundan sonra 22 yaşlı Arati qışqırıb. Bundan “həvəslənən” kişilərdən biri onun əlini tutub, digəri isə o biri bacının boynundan yapışıb. Təcavüzkar kişilərin hücumundan qorunmaq üçün kiçik bacı belindən kəməri çıxararaq kişini döyməyə başlayıb. Hadisəyə müdaxilə edən yeganə şəxs isə hamilə bir qadın olub.

Böyük bacı isə deyib ki, sərnişinlər ona “qarşı çıxmaq lazım deyil, əks halda, sizə təcavüz edəcək və ya üstünüzə sirkə turşusu atacaqlar” məsləhətini verirmişlər.

Açar sözlər:

Oxunub: 1101