“ASAN xidmət”dən daha bir YENİLİK


16:26     03 Mart 2016 asan.jpeg

“ASAN xidmət” tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başlanılıb.


“ASAN xidmət”in informasiya təminatı şöbəsindən Femida.az- a verilən xəbərə görə, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən evdən, işdən və ya internet olan istənilən məkandan sənədlərini tercume.asan.az internet səhifəsi vasitəsi ilə göndərərək tərcümə xidmətindən yararlana biləcəklər.

“Tərcümə olunacaq sənədin şəkili və ya hər hansı formada elektron variantı saytda müvafiq xanaya yüklənilir, sənədin tərcümə olunacağı dil seçilir və kuryer xidmətindən istifadə edilib edilməyəcəyi qeyd olunur. Əgər vətəndaş kuryer xidmətini seçməyibsə, o zaman sənədi hansı “ASAN xidmət” mərkəzindən götürmək istədiyini qeyd edir. Kuryer xidməti seçildiyi təqdirdə isə hazır sənəd vətəndaşın ünvanına çatdırılır. Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir. Vətəndaş onlayn ödəniş etdikdən sonra sənəd tərcümə edilməyə başlanılır” – deyə məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 889